İsveçrənin müdafiə naziri Stoltenberqlə görüşəcək

İsveçrənin müdafiə naziri Stoltenberqlə görüşəcək
  22 Mart 2023    Oxunub:744
İsveçrənin müdafiə naziri Viola Amherd Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.
Bu barədə ölkənin Federal Şurasının saytında yerləşdirilən məlumatda deyilir. Bildirilib ki, söhbət zamanı əsas diqqət təhlükəsizlik siyasəti sahəsində əməkdaşlığın gücləndirilməsi imkanlarına veriləcək.

Daha əvvəl İsveçrə Xarici İşlər Nazirliyinin 2022-ci il üçün hesabatında ölkənin NATO ilə təhlükəsizlik siyasəti sahəsində əməkdaşlığı gücləndirmək niyyətində olduğu bildirilib.


AzVision.az


Teqlər:





Xəbər lenti