Qərb şirkətlərinin 91%-dən çoxu Rusiyada qalıb

   Qərb şirkətlərinin 91%-dən çoxu Rusiyada qalıb
  22 Mart 2023    Oxunub:919
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq sanksiyalara baxmayaraq, Qərb şirkətlərinin 91%-dən çoxunun Rusiyada qaldığını bildirib.
Bu barədə “Reuters” xəbər verib. “Gəlin realist olaq, Qərb şirkətlərinin 91%-i hələ də Rusiyadadır və ağlabatan olanı edir: gözləmək, riskləri saxlamaq, aktivləri qorumaq”, - Şallenberq bildirib.

O, Avropa İttifaqının sanksiyalarına əməl etməklə Rusiyada filialları fəaliyyətini davam etdirən Avstriyanın “Raiffeisen” bankını misal çəkib. Şallenberq Rusiyada bir çox Amerika şirkətlərinin fəaliyyət göstərdiyini də xatırladıb və buna misal olaraq “Bank of America”nı göstərib.

Onun sözlərinə görə, Vyananın siyasi və işgüzar dairələrində Rusiya ilə normal münasibətlərin tezliklə bərpasına ümid edən xeyli sayda insan var.


AzVision.az


Teqlər:





Xəbər lenti