Füzulidə 3 otaqlı evdə yanğın olub

Füzulidə 3 otaqlı evdə yanğın olub
  23 Mart 2023    Oxunub:761
Füzuli rayonunun Dilağarda kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə, 1 otağının tavanı və dam örtüyü 20 m² sahədə yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti