Vətən müharibəsi şəhidinin atası vəfat etdi

   Vətən müharibəsi şəhidinin atası vəfat etdi
  23 Mart 2023    Oxunub:823
Vətən müharibəsi şəhidi, kiçik çavuş Ramil Paşayevin atası vəfat edib.
AzVision.az xəbər verir ki, şəhidin atası Şakir Paşayev yaşadığı Bərdə rayonunda dünyasını dəyişib.


Qeyd edək ki, 1994-cü il təvəllüdlü Ramil Paşayev 2020-ci ilin 27 oktyabrında Ağdərə istiqamətində şəhid olub.

O, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti