Yaponiya Ukraynadakı vəziyyətlə bağlı Çinlə əlaqədədir

Yaponiya Ukraynadakı vəziyyətlə bağlı Çinlə əlaqədədir
  27 Mart 2023    Oxunub:674
Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə bağlı Çinlə fikir mübadiləsi aparır və Pekini əlaqədar məsələlərə məsuliyyətlə yanaşmağa çağırır.
Bunu Yaponiyanın Baş naziri Fumio Kisida Çinin əvvəllər təklif etdiyi siyasi nizamlanma planını şərh edərkən deyib. Onun sözlərinə görə, sülh danışıqlarına gəlincə, ilk növbədə Ukrayna tərəfinin fikrini nəzərə almaq lazımdır:

“Biz Çinlə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparırıq və bu məsələyə məsuliyyətli yanaşmada israr etməyə davam edəcəyik. Bildiyimə görə, Ukrayna prezidenti Volodimir Zelenski Çin planının bəzi bəndlərini başa düşdüyünü bildirib, lakin razılaşmadığı məqamlar da var. Xüsusilə, o, Rusiya qoşunlarının oradan çıxarılmasının nəzərdə tutulmamasını yersiz hesab edir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti