ABŞ və Qərb Ukrayna üzrə tribunal yaradılmasını dəstəkləyirlər

 ABŞ və Qərb Ukrayna üzrə tribunal yaradılmasını dəstəkləyirlər
  29 Mart 2023    Oxunub:750
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel Vaşinqtonun Ukrayna üzrə xüsusi tribunal yaradılması ideyasını dəstəklədiyini bildirib.
O, bu barədə brifinqdə məlumat verib. Onun sözlərinə görə, tribunal beynəlxalq məhkəmə və Ukrayna qanunları əsasında aparılmalıdır. O qeyd edib ki, məhkəmə prosesi Avropa ölkəsinin ərazisində keçirilməlidir. Bundan əvvəl Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib ki, BMT hələ də Ukrayna üzrə beynəlxalq tribunalın yaradılması ilə bağlı anlaşma əldə edə bilməyib.

Avropa komissarı Didye Reynders isə bildirib ki, Avropa İttifaqının ədliyyə nazirləri Ukrayna üzrə tribunalın yaradılmasını müzakirə edirlər, lakin bu ideya hələ BMT-də təbliğ olunmayıb.

Onun sözlərinə görə, Aİ bu məsələ ilə bağlı prosesi təşkil etmək yollarını axtarır, ilk addım sübutların toplanması üçün prokurorluğun analoqunun yaradılması ola bilər. O qeyd edib ki, nazirlər hərbi cinayətlər və insanlığa qarşı cinayətlərin mühakimə olunmasını da müzakirə edirlər.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti