Avropada benzin və dizellə işləyən maşınların satışı qadağan edilir

  Avropada  benzin və dizellə işləyən maşınların satışı qadağan edilir
  29 Mart 2023    Oxunub:578
Avropa İttifaqı Şurası avtomobillərin karbon emissiyalarını azaltmaqla bağlı yeni hədəfləri təsdiqləyib: 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci ilə qədər 100% azaldılmalıdır.
Bu barədə Aİ Şurasının dərc olunmuş qərarında deyilir. Əslində bu, benzin və ya dizellə işləyən daxili yanma mühərriki olan yeni avtomobillərin satışının qadağan olunması deməkdir. Məlumatda deyilib ki, Aİ Şurası yeni avtomobillər və mikroavtobuslar üçün daha sərt karbon emissiyası standartlarına dair qaydanı təsdiqləyib:

“Yeni qaydalar aşağıdakı hədəfləri müəyyənləşdirir: 2030-2034-cü illərdə yeni avtomobillər üçün emissiyalar 2021-ci il səviyyəsi ilə müqayisədə avtomobillər üçün 55% və mikroavtobuslar üçün 50% azaldılmalıdır. 2035-ci ildən karbon emissiyaları 100% azaldılmalıdır”.

Yeni qanunvericiliyin mühüm elementi Aİ-də avtomobillərin hidrogen kimi “karbonsuz yanacaq”da qeydiyyata alınması qaydalarının yaradılması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam edə bilər.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər:







Xəbər lenti