Baydenin köməkçisi Cinin XİN rəhbərinə zəng edib

Baydenin köməkçisi Cinin XİN rəhbərinə zəng edib
  29 Mart 2023    Oxunub:646
ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan keçən həftə, martın 24-də Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə telefon danışığı aparıb.
Bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir. Məlumatda bildirilib ki, ABŞ-Çin münasibətlərindəki gərginlik səbəbindən Sallivanın Van İ ilə söhbəti ictimaiyyətə açıqlanmayıb. Agentlik danışıqların mövzusunu açıqlamayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti