Ağstafada yeniyetməni öldürən 17 yaşlı şəxs saxlanıldı

   Ağstafada yeniyetməni öldürən 17 yaşlı şəxs saxlanıldı
  30 Mart 2023    Oxunub:628
Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Ağstafa rayon prokurorluğundan məlumat verilib. İstintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti