“The Wall Street Journal”ın əməkdaşı Rusiyada saxlanıldı

  “The Wall Street Journal”ın əməkdaşı Rusiyada saxlanıldı
  30 Mart 2023    Oxunub:1096
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda Amerikanın “The Wall Street Journal” qəzetinin müxbirini saxlayıb.
Bu barədə RİA Novosti məlumat yayıb. Agentliyin məlumatına görə, söhbət nəşrin Moskva bürosunun casusluğa görə saxlanılan əməkdaşı Evan Qerşkoviçdən gedir.

Amerikalı jurnalistin Yekaterinburqda məxfi məlumatları əldə etməyə çalışarkən saxlanıldığı bildirilir. FTX-nin məlumatına görə, ABŞ-ın göstərişi ilə Qerşkoviç Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış.

Rusiya FTX-nin İstintaq İdarəsi Qerşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti