Azərbaycan və İsrailin ABŞ-dakı səfirlikləri iftar süfrəsi təşkil edib

   Azərbaycan və İsrailin ABŞ-dakı səfirlikləri iftar süfrəsi təşkil edib
  30 Mart 2023    Oxunub:675
Azərbaycan, Bəhreyn və İsrailin ABŞ-dakı səfirlikləri iftar süfrəsi təşkil edib.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tədbirdə çıxış edib. "Dostlarım və həmkarlarım Abdullah Əl-Xəlifə və Maykl Hersoqla Vaşinqtonda birgə iftar süfrəsi təşkil etməkdən böyük şərəf və məmnunluq hissi duyuram. İsmarış aydındır: sülh, dostluq, konfessiyalararası dialoq, regional əlaqələr və ortaq dəyərlər sayəsində üzləşdiyimiz bütün çətinliklərin öhdəsindən gələ bilərik”, - X.İbrahim tviterdə yazıb.

İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq isə qeyd edib ki, iftarın birgə təşkili barədə qərar konfessiyalararası, icmalararası və regionlararası körpülərin qurulmasını və daha parlaq gələcəyə doğru birgə addımlamağı simvolizə edir.

AzVision.az


Teqlər:





Xəbər lenti