Lavrov Türkiyəyə gedir - Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək

      Lavrov Türkiyəyə gedir -    Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək
  30 Mart 2023    Oxunub:746
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək". AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
O qeyd edib ki, səfər zamanı Lavrovla Çavuşoğlu arasında ikitərəfli danışıqların aparılması planlaşdırılır.

Onun sözlərinə görə, təmaslar zamanı geniş spektrli məsələlərin, ilk növbədə, qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır.

"Regional və beynəlxalq gündəliyin aktual məsələləri, o cümlədən Ukraynadakı hazırkı vəziyyət, Suriya və Qarabağ nizamlanması, eləcə də Mərkəzi Asiya, Əfqanıstan üzrə hərtərəfli fikir mübadiləsi aparılacaq", - Zaxarova bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ   Rusiya   Türkiyə  





Xəbər lenti