"Okeanın o tayındakı ağalar icazə versə..." - Lukaşenko

   "Okeanın o tayındakı ağalar icazə versə..." -    Lukaşenko
  31 Mart 2023    Oxunub:798
Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynadakı silahlı münaqişə okeanın o tayındakı ağalar icazə verməyincə dayanmayacaq. O, bu barədə Belarus xalqına və Milli Assambleyaya müraciəti zamanı bildirib.
Prezidentin sözlərinə görə, o, şəxsən Ukrayna böhranının episentrində olub və hələ də oradan çıxmayıb.

Lukaşenko bildirib ki, Belarus və Rusiya daxili siyasi vəziyyətə nəzarət baxımından rahatlamamalıdır. Çünki onun fikrincə, əgər bu, sarsılarsa, Qərb ölkələri bundan yararlanacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti