Ermənistan parlamentində dava -Paşinyanın deputatını döydülər

   Ermənistan parlamentində dava    -Paşinyanın deputatını döydülər
  31 Mart 2023    Oxunub:1131
Ermənistan parlamentində insident yaşanıb. Müxalifət fraksiyasından olan deputat Hayk Saakyan qapalı müzakirə zamanı hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vladimir Vardanyana hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə “Vətəndaş müqavilə” fraksiyasının rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat yayıb.

Ermənistan parlamentində kütləvi dava - VİDEO
“Parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasında qapalı müzakirə zamanı müxalifətin “Hayastan” fraksiyasından olan deputat Mher Saakyan komissiyanın sədri Vladimir Vardanyana hücum edərək onu vurub, deputata ağır bədən xəsarətləri yetirdikdən sonra qaçıb”, - Konjoryan statusunda qeyd edib.

O vurğulayıb ki, hadisəyə hüquqi qiymət verilməlidir.

Yerkir.am portalı isə yazıb ki, komissiya sədri Vardanyan iclas zamanı Saakyana səsini ucaldıbmış.
“Dava olduqdan sonra hüquq-mühafizə orqanları müdaxilə edib və Saakyanı Milli Assambleyadan aparıblar”, – nəşr yazıb.

Ermənistan KİV-nin yaydığı xəbərə görə, Vardanyan “Nairi” tibb mərkəzinə aparılıb. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Parlament   Ermənistan  





Xəbər lenti