Bildirilib ki, aksiya Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunub. Məqsəd göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, vətəndaşların müayinəsi və tibbi məsləhətlərin verilməsi olub.
1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin qarşısında baş tutan aksiyada şəhərin aztəminatlı ailələrinin üzvləri, fiziki məhdudiyyətli şəxslər və və dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri iştirak ediblər.



AzVision.az