75 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

75 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
  01 Aprel 2023    Oxunub:894
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 829 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 172 nəfər müalicə olunaraq sağalıb, 10 184 nəfər vəfat edib, aktiv xəstə sayı 443 nəfərdir.

Ölkədə son sutka ərzində 1155, hazırkı dövrədək isə 7 559 748 test aparılıb.

AzVision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti