Britaniyanın “The Guardian” qəzeti isə batiskafda beş nəfərin olduğunu yazıb. Hətta britaniyalı iş adamı Xemiş Hardinqin də sualtı qayıqda ola biləcəyi ehtimal edilir. Çünki batiskafdakı oturacaqlardan biri onun adına bron edilibmiş. Hardinq özü də iyunun 18-i Instagram-da "OceanGate" missiyasının bir hissəsi olaraq məlum ekspedisiyada iştirak edəcəyini yazıbmış: “Dünən biz Nyufaundlenddən yola düşdük və sabah səhər saat 4 radələrində suya dalmağı planlaşdırırıq. O vaxta qədər bizim çoxlu hazırlıq işlərimiz və brifinqlərimiz var”.
İlk sovet sualtı qayığı yanıb |
Hardinqin rəhbərlik etdiyi "Action Aviation" şirkəti də dünən rəhbərlərinin suya daldığını təsdiq edib.
Ümumiyyətlə isə Hardinq belə ekstrim ekspedisiyalar həvəskarı kimi tanınır. O, hətta ötən ilin iyunun 4-də "Blue Origin NS-21" missiyasında iştirak edərək kosmosa uçmuşdu.
BBC də dünyanın həyəcanla izlədiyi faciəvi ekspedisiyaya görə xeyli qüvvələrin səfərbər edildiyini qeyd edib. Məlumata görə batiskafın axtarışına iki təyyarə cəlb edilib.
Maraqlıdır ki, ekipaj üzvlərindən biri gözlənilmədən sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib. Bu, irlandiyalı dalğıc Rori Qolden olub. O, Facebook səhifəsində ekipajın durumunun yaxşı olduğunu yazıb: "Mən yaxşıyam. Hamımız diqqətimizi cəmləyirik. Xahiş edirəm batiskafda kimlərin olmasını, adları soruşmayın. Çünki bu, nəzakətsizlikdir. Mən əvvəllər sosial şəbəkələrdə arzuolunmaz şərhlər görmüşəm. Mənə WhatsApp-dan mesajlar göndərməyə çalışan hər kəsə də təşəkkür edirəm. Bizim vəziyyətimiz çətinləşib və hazırda axtarış-xilasetmə xidməti öz işləri ilə məşğuldurlar. İnternetə çıxışımız isə məhduddur. Məlumatlar və yeniliklər ehtiyac olduqca yerləşdiriləcək”.
Okean dərinliklərində olan batiskafdan necə internetə girilməsi də suallar doğurub. Məsələ burasındadır ki, ekspedisiyanı reallaşdıran şirkət iyunun 1-də aparatla qurulacaq rabitə əlaqəsinin "StarLink" peyk sistemi vasitəsilə həyata keçiriləcəyinə dair məlumat yaymışdı.
Şirkət sonuncu dəfə batiskafın ekspedisiyası ilə bağlı paylaşımı iyunun 15-də Tvitter-də edib. "OceanGate" "Titan"ın itməsini təsdiqləyib və sualtı aparatın axtarışını elan edib.
Qayığın itməsinin mümkün səbəblərdən biri onun 2900 metr dərinlikdə yerləşən qayalara çırpılmasıdır.
Qeyd edək ki, “Titan” batiskafı dörd kilometrə qədər dərinlikdəki “Titanik”in qalıqlarına çata bilən yeganə mini sualtı qayıqdır. "OceanGate" isə iki il əvvəl adam başına 125.000 dollara başa gələn və əsasən alimlərdən ibarət kiçik komandalarla missiyalar reallaşdırmağa başlayıb. İndi bir nəfərlik bron 250 min dollardır.
Tural Tağıyev
AzVision.az