Qızıla dönəcək qızlar – MÜSAHİBƏ, FOTOLAR

Qızıla dönəcək qızlar – MÜSAHİBƏ, FOTOLAR
  15 Aprel 2013    Oxunub:3038
Azərbaycanda idman gənclərin populyar məşğuliyyətlərindən biridir. İdmançılarımız Olimpiada və digər yarışmalardan kifayət qədər medallar gətirirlər, himnimizi isə dünyanın bir çox ölkələrində eşidiblər.
Ölkəmizdə populyar idman növlərindən biri də bədii gimnastikadır. Bədii gimnastika haqqında danışanda biz lentlərlə, toplarla, çənbərlərlə zərif hərəkətləri, həmçinin istər yerli, istərsə də xarici idmançıların möhtəşəm çıxışlarını yadımıza salırıq.
Bu gün Azvision.az-ın cazibədar həmsöhbəti bədii gimnastika üzrə məşqçi Elnarə Hüseynovadır.
- Gimnastikaya gəlməyiniz haqqda danışın...
- 7 yaşımda mən 1-ci sinfə getdim. O zaman bizim məktəbə qızları seçmək üçün bədii gimnastika üzrə məşqçi gəlmişdi. Mənim elastikliyimi görüb, qrupa götürdü. Bax, beləcə 7 yaşımdan gimnastikayla məşğul olmağa başladım. Həmişə mükafatlı yerlər tuturdum , sonra isə Azərbaycanın yığma komandasına düşdüm.

- Mənim bildiyimə görə siz “ Neftçi”nin tərkibinə daxilsiniz. Məşqçi kimi çalışmağa başlayanda hiss etdiniz ki bu sənət sizlikdi?
- 2003-cü ildə mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına, gimnastika fakultəsinə qəbul olmuşam. 3-cü kurs tələbəsi olaraq məşqçi kimi də təcrübəmi artırırdım. Məşqçi işi çox xoşuma gəldi və mən dərhal başa düşdüm ki, bu iş mənlikdir, çünki hər şeydən öncə bu, yaradıcı işdir.

- Azərbaycan Gimnastika Federasiyasınınn (AGF) təşkil etdiyi məşqçi kurslarında siz 3-cü yeri tutmusunuz, buna görə sizi təbrik edirəm. Bu kurslar barədə də bir qədər danışın...
- 14-21 yanvar tarixində AGF məşqçi kursu təşkil etdi. Orada Beynəlxalq Gimnastika Federsaiyasından (BGF) mütəxəssislər var idi. Qeyd edim ki, bu kurslar həm təcrübi, həm də nəzəri idilər. Kursların sonunda imtahanlar oldu, burada mən 80 bal yığaraq 3-cü oldum.

- Gimnastların lazımı səviyyəsi üçün idmançılara şərait yaratmaq lazımdır. Gimnastikada şəraitlə bağlı vəziyyət necədir?
- Birinci xanım Mehriban Əliyeva AGF-nın prezidenti olandan sonra ölkəmizdə Dünya kubokları və Avropa Çempionatı keçirilməyə başladı. Bütün bunlar televiziyada yayımlanırdı. Bundan sonra bu idman növünə maraq daha artmağa başladı. Bədii gimnastika sahəsinə çox sayda qız uşaqları gəlməyə başladı. “ Neftçi” cəmiyyəti isə S.Sadiqovun başçılığı altında məşqlər üçün bütün lazımi şəraiti yaratdı.

- Sizdə çoxlu gənc gimnastlar məşq edir. Onların arasında 2018-ci il Olimpiadası ilə bağlı ümid verənləri varmı?
- Bəli, mənim mükafatlandırıcı yerləri tutan çox sayda gimnastlarım var. Onlardan biri də Azərbaycan yığmasına daxil olan Ləman Hacizadədir. O, bütün yarışmalarda mükafatlandırıcı yerləri tutur. Bundan əlavə mənim gənc gimnastlarım Ağamirova Zöhrə, Cəlilova Arzu, Yusubova Dəniz tək Azərbaycanda deyil, digər ölkələrdə də mükafatlandırıcı yerləri tuturlar.

- Gimnastlarınız yarışmalarda tez-tez iştirak edirlər? Hansı ölkələdə keçirilir yarışmlar?
- Biz yarışlarda iştirak etmək üçün Polşaya, Turinə (İtaliya), Ukraynaya və RF-nın müxtəlif şəhərlərinə getmişik və qızlar orda mükafatlandırıcı yerləri tutublar.

- Qızlar neçə saat məşq edirlər?
- Yarışmalarda iştirak edən perspektivli gimnastlarımız gündə 4-5 saat məşq edirlər. Yarışmalara hazırlıq dövründə isə məşq yükü artır.

- Əsl gimnast Allah vergisidir, yoxsa yaxşı idmançı olmaq üçün gərək özünü tamamilə məşqlərə həsr edəsən?
- Sizə deyim, çox vacibdir ki qız uşağının təbiətdən verilmiş keyfiyyətləri olsun. Bundan əlavə, idmançı özünü tamamilə məşqlərə təslim etməli və məqçisinin qeydlərini dinləməlidir.

Balifa Baxşıyeva
Foto: Elnur Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti