Bu ölkələrin təhsil diplomları daha az tanınır - Siyahı

   Bu ölkələrin təhsil diplomları daha az tanınır -    Siyahı
  20 Fevral 2024    Oxunub:745
Hazırda Türkiyədə 37 min azərbaycanlı tələbə təhsil alır. Bu o deməkdir ki, yaxın gələcək üçün məhz həmin ölkə üçün diplom tanınması üzrə müraciətlər çoxluq təşkil edəcək.
AzVision.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov fevralın 20-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tanınma ilə əlaqəli verilən mənfi rəylər adətən aşağı reytinqli ali təhsil müəssisələri ilə bağlıdır: "Bu siyahıda ilk yerdə Rusiya, Ukrayna və Gürcüstan gəlir. Vətəndaşlara tövsiyə edilir ki, xarici ali təhsil müəssisələrini seçdikdə reytinq və nüfuzluluq elementinə diqqət etsinlər. Çünki hər hansı universitetə imtahansız qəbul ziddiyət təşkil edir".

Tural Əhmədov qeyd edib ki, keçən il xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə ümumilikdə 7 021 müraciətin ekspertizası keçirilib. Onlardan 5 868-nə müsbət, 1 153-nə isə mənfi rəy verilib.

"Həmin müddətdə 8 yeni peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma həyata keçirilib. Ümumilikdə, qiymətləndirilmə və tanınma nəticəsində 10 peşə ixtisası üzrə 171 vətəndaşa 330 ədəd peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti