Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb - YENİLƏNİB

 Kəlbəcərdə çaya aşan yük maşınının sürücüsünün meyiti tapılıb  -  YENİLƏNİB
  12 Aprel 2024    Oxunub:1434
Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az-a bildirilib ki, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

* * *

12:46
Kəlbəcər rayonu Comərt kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü deyilən sürücünün meyiti tapılmayıb.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan AzVision.az -a verilən məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü R.Şahbazovun meyitini sel sularının apardığı ehtimal edilir.

Onun axtarışlarına başlanılıb.

Qeyd edək ki, bu gecə rayonun Comərt kəndində "HOVO" markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya aşması nəticəsində Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Sadıqov və Şirvan rayon sakini, 1981-ci il təvəllüdlü Rahim Şahbazov həlak olublar.

Onlar Kəlbəcərdə aparılan yenidənqurma işlərində çalışırmışlar.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza   Kəlbəcər  





Xəbər lenti