Pezeşkiandan İslam ölkələrinə çağırış: "Aİ-dən nümunə götürək!" |
“İki ölkə arasında münasibətlərin normallaşmasına hansısa üçüncü dövlət mane olmur, mane olanlar İranın içindədir. Bunu Məsud Pezeşkian da bilməmiş deyil. Təsadüfi deyil ki, İran prezidentinin sonrakı cümləsi bunun etirafıdır: “Biz Azərbaycanla olan bəzi anlaşılmazlıqları və problemləri anlayırıq və dərk edirik. Hesab edirəm ki, burada bizim də bəzi səhvlərimiz olub”.
Vacib olan Pezeşkianın Azərbaycana qarşı yanlış siyasət yürüdənləri bu yoldan çəkindirməsidir. İran prezidentinin bunu bacarıb-bacarmayacağını yaxın aylarda görəcəyik”.
Həmidə İbrahimova
AzVision.az