Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb - VİDEO

      Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb    -    VİDEO
  23 Oktyabr 2024    Oxunub:417
Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.




AzVision.az





Teqlər:





Xəbər lenti