"ABŞ və Avropa Ermənistanı yeni müharibəyə hazırlayır"- Deputat

  "ABŞ və Avropa Ermənistanı yeni müharibəyə hazırlayır"-    Deputat
  19 Yanvar 2025    Oxunub:411
"ABŞ və bəzi Avropa dövlətləri Ermənistan hərbçilərini müharibəyə hazırlayırlar".
Milli Məclisin deputatı Elman Məmmədov AzVision.az-a prezident seçkilərindən sonra Amerika Birləşmiş Ştatlarının yeni rəhbərliyinin Azərbaycan-Ermənistan sülh münasibətlərinə təsiri barədə danışarkən belə deyib.

"Bu gün Azərbaycanla Ermənistan arasında müharibə yoxdur. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ermənistanla sülh istiqamətində işlər aparırıq. Lakin Amerika Birləşmiş Ştatları və başda Fransa olmaqla bir sıra Avropa dövlətləri Ermənistanı silahlandırmaqla məşğuldurlar. Onların hərbiçiləri bu gün də Ermənistan ərazisindədirlər. Təlimatçıları erməni hərbçilərini müharibəyə hazırlayırlar. Belə olan təqdirdə nikbin fikir söyləyə bilmərəm".

Qeyd edək ki, ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsində istənilən formatda işləməyə hazır olduğunu bəyan edib.

Bu bəyanata münasibətdə deputat ATƏT-İN Minsk qrupunun fəaliyyətini xatırladıb:

Paşinyan: "Sülh sazişinin iki bəndi ilə bağlı təkliflər göndərmişik"
"ABŞ uzun illər ATƏT-in Minsk qrupunun üzvü olub. Birgə fəaliyyətiləri müddətində ABŞ və ATƏT-in Minsk qrupunun digər üzvləri Azərbaycanla Ermənistan arasındakı problemin həll olunmasına çalışmırdılar. Onlar ancaq münaqişəni dondurub, Azərbaycan torpaqlarının əbədi olaraq ermənilərdə qalmasını təmin edirdilər. ABŞ 44 günlük müharibə ərəfəsində ermənipərəst mövqe sərgilədi. Yaddaşımızda bu mövqeyi ilə qalıb.

Amma yenə də ümid edək ki, təkcə Amerika Birləşmiş Ştatları yox, Avropa Şurası, eləcə də digər qurumlar ədalətli mövqe tutub, dayanıqlı sülhə dəstək versinlər".

ABŞ-nin yanvarın 20-də and içərək vəzifəsinin icrasına başlayacaq yeni prezidenti Donald Trampın dünyanın müxtəlif bölgələrində müharibələri dayandıracağı barədə verdiyi vədlərlə gəlincə, Elman Məmmədov "bunu zaman göstərəcək" deyib.

AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan   sülh  





Xəbər lenti