“YAŞAT” Fondu şəhid anasının əməliyyat xərclərini ödəyib

“YAŞAT” Fondu şəhid anasının əməliyyat xərclərini ödəyib
  17 Yanvar 2025    Oxunub:328
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhid Cavidan Ağayevin anası Gülnarə Ağayevaya diz artoskopiyası əməliyyatı keçirilib.

Müvafiq əməliyyat üzrə xərclər "YAŞAT" Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində ödənilib.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar bölməsindən əldə etmək olar.

AzVision.az


Teqlər:





Xəbər lenti