Ombudsmana ən çox nədən şikayət edirlər?

   Ombudsmana ən çox nədən şikayət edirlər?
  17 Yanvar 2025    Oxunub:405
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 7/24 fasiləsiz xidmət göstərən "916" Çağrı Mərkəzinə 2024-cü il ərzində 11008 zəng daxil olub.
Həmin müraciətlər əsasında aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinə daxil olan məsələlər diaqram formatında əks edilib. Müraciətlərin ehtimal olunan hüquq pozuntuları və məzmun üzrə statistikası ardıcıllıqla ictimaiyyətə təqdim olunur.

İlk 10-luqda yer alan məsələlər - ünvanlı dövlət sosial yardımı üzrə 1225, kommunal problemlər üzrə 921, əlilliyin müəyyən edilməsi üzrə 602, qeyri obyektiv təhqiqat/istintaq üzrə 600, müayinə və müalicə üzrə 599, müraciətin qeydə alınmaması üzrə 585, məhkəmə qərarının icra olunmaması üzrə 530, məşğulluq üzrə 519, dövlət yol polisinin fəaliyyəti üzrə 485, təhsil məsələləri üzrə 394 müraciət edilib.

Siyahının digər hissəsi təqdim olunmuş cədvəldə qeyd edilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti