Vəkil köməkçiləri ilə görüş keçirilib
Vəkillik peşəsinin vacibliyini və bu sahədə peşəkar yardımın cəmiyyət üçün əhəmiyyətini vurğulayan Anar Bağırov hazırda Kollegiyada 566 vəkil köməkçisinin və 2500-dən çox vəkilin fəaliyyət göstərdiyini bildirib. Bununla da ARVK hazırda ölkədə ən çox hüquqşünasın cəmləşdiyi peşə qurumlarından biridir.
ARVK-nın hər zaman vəkil köməkçilərinin fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirdiyini deyən sədr onlara tövsiyələrini çatdıraraq bu istiqamətdə fəaliyyətlərinin təcrübi biliyə yiyələnmələrində faydalı olacağını vurğulayıb. Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.
AzVision.az
Teqlər: