Azərbaycanın Efiopiyadakı səfiri Cibuti Prezidentinə etimadnamə təqdim edib
Eyni zamanda, səfir Ruslan Nəsibov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əli Yusuf, Dəniz Limanları və Azad Ticarət Zonaları Şurasının sədri (nazir) Əbubəkir Ömər Hədi, Milli Assambleyada (parlament) fəaliyyət göstərən Cibuti-Azərbaycan Dostluq Qrupunun sədri İlaya İsmayıl, habelə Cibutidə yerləşən və Şərqi Afrika regionunun 8 ölkəsini birləşdirən İnkişaf naminə Hökumətlərarası Şuranın (IGAD – Intergovernmental Authority on Development) icraçı katibi Vorkneh Gebeyehu ilə görüşlər keçirib.
Görüşlərdə regional vəziyyət, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni reallıq, Ermənistanla normallaşma prosesi, Azərbaycan-Cibuti münasibətlərinin beynəlxalq və ikitərəfli müstəvilərdə inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, IGAD çərçivəsində əməkdaşlığın inkişafı və region ölkələri ilə əlaqələrin genişləndirilməsi üçün atılacaq praktiki addımlar barədə fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: