Meymunçiçəyinə qarşı antibiotik olmaz

   Meymunçiçəyinə qarşı antibiotik olmaz
  22 Yanvar 2025    Oxunub:276
Meymunçiçəyi virusunun müalicəsində antibiotik istifadəsi xəstəliyi ağırlaşdırır, ağırlaşmış, ikincili bakterial infeksiya qoşularsa, həkim məsləhəti ilə antibiotiklərdən istifadə edilə bilər.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib. O qeyd edib ki, meymunçiçəyi virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriya mənşəlidir. Ona görə də, antibiotik meymunçiçəyinin müalicəsində tövsiyə olunmur.

Antibiotik, əksinə, meymunçiçəyinin müalicə prosesinə mənfi təsir göstərə bilər. Meymunçiçəyinin diqnostikası yara yerindən, səpkilərdən sürüntü vasitəsilə PSR analizinin götürülməsidir:

“Səthi pozulamamış dəri meymunçiçəyi xəstəliyi olan xəstədə hər hansı yaraya toxunduqda bu xəstəliyin keçmə ehtimalı aşağıdır. Bu xəstəliyin əsas yoluxma yolu səthi pozulmuş dəri ilə bu xəstəliyi olan insanın təmasdır. Meymunçiçəyi virusu, əsasən, halsızlıq, limfa vəzilərinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir, fərqli şikayətlərlə özünü göstərə bilər. Əsasən əllərdə, ayaqlarda səpkilərin çıxması ilə müşahidə olunur. Hava damcı yolu, cinsi münasibətlə keçən bir xəstəlikdir. Belə xəstələrdə antibiotik istifadəsi tövsiyə edilmir”, - o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti