Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub
  22 Yanvar 2025    Oxunub:225
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığında Azərbaycanın istənilən yardıma hazır olduğunu bildirib
AzVision.az Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, nazir Ceyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Azərbaycan Respublikasının qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.

Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

AzVision.az





Teqlər:





Xəbər lenti