ABŞ esminesi ilk dəfə süni intellekt sistemi ilə təchiz edilib

 ABŞ esminesi ilk dəfə süni intellekt sistemi ilə təchiz edilib
  30 Yanvar 2025    Oxunub:415
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Fitzgerald" esminesi gəminin bütün alt sistemlərinə nəzarət edən süni intellektə (AI) əsaslanan sistem yerləşdirib.
"USS Fitzgerald" bununla da süni intellektlə işləyəcək ilk ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi olub.
Bu barədə “Fanthom5” tərtibatçısının baş direktoru Zak Staples Amerikanın “The War Zone” portalına məlumat verib.

Süni İntellektdə fen-şuy
"ERM v4" süni intellekt sistemi döyüş gəmisinin gövdəsinin vəziyyətinə, bütün mexanika və elektronika ilə bağlı 10 min müxtəlif parametr və göstəricilərə daim nəzarət edir. Süni intellekt alqoritmləri esminesə müxtəlif şəraitlərdə xidmət göstərmək üçün anında tövsiyələr verir və potensial nasazlıqlar barədə əvvəlcədən siqnal ötürür.

Staples bildirib ki, bu il sistem ABŞ Hərbi Dəniz Qüvvələrinin daha bir və ya iki gəmisində quraşdırılacaq. 2026-cı ildən isə donanmanın hər il 10-dan çox döyüş gəmisinin süni intellekt sistemi ilə təchizatına başlaması planlaşdırılır. Sistem gəmilərin daha stabil işləməsini təmin etməli və arzuolunmaz qəzaların da qarşısını almalıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ  





Xəbər lenti