Kavelaşvili: “Rusiya Gürcüstan ərazilərini işğal edib”

      Kavelaşvili:    “Rusiya Gürcüstan ərazilərini işğal edib”
  31 Yanvar 2025    Oxunub:340
Gürcüstan prezidenti Mixail Kavelaşvili vəzifəyə gəldikdən sonra ilk beynəlxalq müsahibəsini İsveçrənin “Neue Zürcher Zeitung (NZZ)” nəşrinə verib.
AzVision.az xəbər verir ki, Mixail Kavelaşvili Tbilisi-Moskva münasibətləri barədə sualın cavabında Rusiyanın Gürcüstan ərazilərini işğal etdiyini, ölkələr arasında diplomatik münasibətlər olmadığının, sadəcə iqtisadi əlaqələrin olduğunu bildirib.

“Bizim əsas siyasətimiz sülh siyasətidir. İşğal olunmuş ərazilərdə bizim qardaş və bacılarımız – abxazlar və osetinlər yaşayır. Biz işğalın müvəqqəti olduğuna inanırıq. Ümid edirik ki, Gürcüstan gələcəkdə vahid və inkişaf etmiş dövlətə çevriləcək”, - Gürcüstan prezidenti bildirib.

“Bütün vətəndaşlar üçün prezident” olmaq istədiyini vurğulayan Mixail Kavelaşvili, hökumətin ağıllı davrandığını, ölkədəki böhranın isə süni şəkildə yaradıldığını deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Kavelaşvili   Rusiya   işğal  





Xəbər lenti