Zəfəran niyə dünyanın ən bahalı ədviyyatıdır?

AzVision.az Qlobal.net -ə istinadən xəbər verir ki, zəfəran sözünün mənşəyi ərəbcə "sarı rəng" mənasını verən "asfar" sözündəndir.
Çox vaxt qida boyası və ətirləndirici kimi istifadə edilən zəfəran payızda çiçək açan, bənövşəyi tonlarda çiçəkləri olan bir bitkidir. Bu bitki Fransa, İran, İspaniya və İtaliyada, həmçinin Azərbaycanda yetişdirilir. Vətəni cənub-qərb Asiyadır, lakin becərilməsi ilk dəfə Yunanıstanda başlamışdır.
Bu ədviyyatdan 1 kiloqram istehsal etmək üçün təxminən 100-130 min zəfəran çiçəyi lazımdır. Bu səbəbdən bahadır. Zəfəran bitkisinin gözə çarpan bənövşəyi çiçəyi var, lakin ədviyyat həmin çiçəyin ortasındakı sarı pistildən alınır. Yəni çiçəyin özündən bir yana, ortadakı bütün sarı hissədən belə bu ədviyyatı əldə etmək mümkün deyil. Dişi hissə çıxarılır, erkək hissə isə atılır.
AzVision.az
Teqlər: