Heydər Əliyev Fondu 10-dan çox rayonda yeni məktəb binaları inşa edir

   Heydər Əliyev Fondu 10-dan çox rayonda yeni məktəb binaları inşa edir
  21 Fevral 2025    Oxunub:374
Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində regionlarda yeni məktəb binaları inşa edir.
Hazırda Samux, Gəncə, Goranboy, Göyçay, Ucar və digər rayonlarda tikinti işləri aparılır. Ümumiyyətlə, bu il 10-dan çox rayonda yeni məktəb binalarının istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2005-ci ildən həyata keçirilən proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

Proqram çərçivəsində 2005-2024-cü illərdə ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var.

AzVision.az


Teqlər:





Xəbər lenti