Azərbaycanda hakimlərin sayı açıqlanıb

"O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir. Namizədlərin təyinat yerini topladıqları bala uyğun özlərinin seçmələri isə bu sahədə şəffaflığın və obyektivliyin, eləcə də ictimai inamın artırılmasında mühüm rol oynayıb", - deyə o əlavə edib.
Ali Məhkəmənin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinin nüfuzunun artmasına öz töhfəsini verir: "Ötən dövr ərzində məhkəmə müstəqilliyinin təmin olunması məqsədilə Məhkəmə-Hüquq Şurasının statusu və tərkibi beynəlxalq standartların tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib. Eyni zamanda, məhkəmələrdə icra və əmək intizamının yoxlanılması, habelə bir sıra digər mühüm səlahiyyətlər məhkəmə hakimiyyətinin özünü idarəetmə orqanı olan Şuraya həvalə edilib. Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə bu prosesin daha çevik xarakter almasına nail olub.
Hakimlərin vəzifədə irəli çəkilməsi, iş yerinin dəyişdirilməsi, yaxud tutduğu vəzifədən azad olunmasının obyektiv və şəffaf meyarlara əsasən həyata keçirilməsi, habelə onların tədris ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə ötən il bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb", - deyə o vurğulayıb.
AzVision.az
Teqlər: