Çıxış edənlər Azərbaycan xalqının qədim tarixə malik olan Novruz bayramının milli birlik və həmrəyliyi təcəssüm etdirdiyini ifadə etmiş, bu bayramın ölkəmizdə hər il böyük təntənə ilə qeyd edilməsinin dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatların, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd edilib.
Tədbirlərdə konsert proqramları təşkil olunub, bayram tonqalları qalanıb, Novruzun rəmzi personajları səhnəciklər nümayiş etdirərək hərbi qulluqçularla bayram sevincini bölüşmüş, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçulara Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliyi adından fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
AzVision.az