Aİ Komissiyası 2025-ci ilin iyununda hərtərəfli müdafiə paketini təqdim edəcək

“Sənaye müdafiə istehsalının artırılması üçün sadələşdirmə zəruridir” ifadələrinin yer aldığı layihədə bildirilir ki, parçalanmış bazar strukturunun uyğunlaşdırılması əlavə inzibati yük və xərcləri aradan qaldıracaq.
“Euronews” tərəfindən əldə edilən “Avropa Müdafiəsinin Gələcəyi üçün Yol Xəritəsi” layihəsinə əsasən, Aİ Komissiyası 2025-ci ilin iyun ayına qədər hərtərəfli müdafiə paketini təqdim edəcək.
Komissiya yeni tənzimləmənin vahid bazar daxilində parçalanmanın azaldılmasını, müdafiə məhsulları və xidmətləri üçün daha ahəngdar mühitin təmin edilməsini və istehsalın artırılmasını gözləyir.
AzVision.az
Teqlər: