Ruslara qarşı terrora çağıran erməni bloger istintaqa cəlb edilib

Ruslara qarşı terrora çağıran erməni bloger istintaqa cəlb edilib
  16 Mart 2025    Oxunub:642
Rusiyada erməni blogerə qarşı istintaqa qədərki yoxlamalar başlayıb
Blogger Arsen Markaryana qarşı cinayət məcəlləsinin terrorçuluq fəaliyyətinə açıq çağırışlar barədə maddəsinə əsasən istintaq hazırlıqları başlayıb. Bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

Qeyd olunur ki, bloger bir neçə dəfə "Rusiya vətəndaşlarına qarşı dronlardan istifadə etməklə terror aktlarının təşkili"nə açıq çağırışlar edib.

Qeyd edək ki, erməni bloger Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatının iştirakçılarını təhqir etdiyinə görə həbs edilib. Bundan əvvəl ona qarşı “Nifrət oyatma və ya nifaq salma, habelə insan ləyaqətinin alçaldılması” maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq Komitəsinin əməkdaşları polis əməkdaşları ilə birlikdə blogerin yaşadığı yerdə axtarış aparıb, oradan texniki qurğular götürüblər. Dindirilmə zamanı 1987-ci il təvəllüdlü Markaryan təqsirini etiraf edib və əməlindən peşman olduğunu deyib.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti