BMT Əfqanıstandakı missiyasının mandatını uzadıb

BMT Əfqanıstandakı missiyasının mandatını uzadıb
  17 Mart 2025    Oxunub:621
BMT Təhlükəsizlik Şurası Əfqanıstana Yardım Missiyasının (UNAMA) müddətini daha bir il uzadıb.
AzVision.az xəbər verir ki, Əfqanıstanla bağlı keçirilən iclasda səsverməyə çıxarılan qətnamə layihəsi yekdilliklə qəbul edilib.


Qətnamədə UNAMA-nın səlahiyyətlərində heç bir dəyişiklik edilmədən missiyanın müddətinin 17 mart 2026-cı il tarixinədək uzadıldığı bildirilib.

Qeyd edək ki, UNAMA 2002-ci ildə BMT TŞ-nin 1401 saylı qətnaməsi ilə yaradılıb və hər il müddəti uzadılıb. Mərkəzi qərargahı Kabildə yerləşən UNAMA-nın təxminən 1 200 əməkdaşı var.

AzVision.az



Teqlər:





Xəbər lenti