Zelenski etimad reytinqində uduzur - VİDEO

   Zelenski etimad reytinqində uduzur  - VİDEO
  07 May 2025    Oxunub:630
Ukrayna prezidenti Volodimir Zelenski ölkə vətəndaşları arasında etimad reytinqində 3-cü yeri tutub.
AzVision.az “New Image Marketing Group” nəşrinin keçirdiyi sorğunun nəticələrinə görə, Volodimir Zelenski bu yarışda Ukrayna Silahlı qüvvələrinin keçmiş Baş Komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalunıya və Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanova uduzur.

Belə ki, rəyi soruşulanların 70%-i Zalujnını və 65%-i Budanovu dəstəklədiyi halda, Zelenski rezpondentlərin yalnız 58%-nin eimadını qazanıb.

Bu həftə Ukraynada prezident seçkiləri keçirilsəydi, ukraynalıların 28,9%-i birinci turda Zelenskiyə, 16,7%-i isə Zalujnıya səs verəcəkdi. Bununla belə, ikinci turda Zalujnı 32%-ə qarşı 37% etimad qazanaraq hazırkı prezidentə qalib gələcəkdi.

Ukrayna prezidentinin səlahiyyətləri beş illik hakimiyyətdən sonra 2024-cü ilin mayında başa çatıb. Bundan sonra konstitusiyaya görə, yeni seçkilər təyin olunmalı idi, lakin hərbi vəziyyətə görə bu edilməyib.

“Ölkədəki ağır vəziyyətə və diqqəti cari təhdidlərə yönəltmək zərurətinə görə münaqişə bitməmiş səsvermə haqqında danışmaq məqsədəuyğun deyil. Amma Rusiya ilə müharibə başa çatdıqdan 90 gün sonra ölkədə prezident seçkiləri keçirilə bilər”, - Zelenski amerikalı bloger Leks Fridmanla söhbətində deyib.

Onun yenidən seçkilərə qatılıb-qatılmayacağı ilə bağlı sualın cavabında Ukrayna prezidenti bunun münaqişənin nəticəsindən, ukraynalılardan və onun ailəsindən asılı olduğunu vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Zalujnı   Budanov  





Xəbər lenti