AFFA Premyer Liqada çıxış edən 7 klubu cərimələdi

AFFA Premyer Liqada çıxış edən 7 klubu cərimələdi
  23 Aprel 2013    Oxunub:1712
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, aprelin 19-da Premyer Liqanın XXVII turunun "Kəpəz" - "Turan" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Aprelin 20-də Premyer Liqanın XXVII turunun "İnter" - "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində "Simurq" klubunun 30 №-li futbolçusu Mario Boziç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Aprelin 21-də Premyer Liqanın XXVII turunun "Bakı" - "Qarabağ" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Qəbələ" oyununun 65-ci dəqiqəsində "Qəbələ" klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 66-cı dəqiqəsində "Neftçi" klubunun 9 №-li futbolçusu Flavio Aleks Valensio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XXVII turunun "Xəzər Lənkəran" - "Sumqayıt" oyununun 86-cı dəqiqəsində "Sumqayıt" klubunun 6 №-li futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 90+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 11 №-li futbolçusu Dmitri Sialmas əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.


Teqlər:  





Xəbər lenti