Sağlam yaşamağın sirri - Faydalı

Sağlam yaşamağın sirri - Faydalı
  19 İyul 2015    Oxunub:15616
Sağlamlıq, müxtəlif xəstəliklərdən qorunmaq və günün hər saatı insanın özünü gümrah hiss etməsi üçün ən faydalı qidalar hansılardır?

Bu siyahıya bir çox meyvə-tərəvəzi, eləcə də ət xörəklərindən balığı və hind toyuğu ətini daxil etmək olar. Bəs onların faydaları nədədir?

AzVision.az bəzi xəstəliklərin sağaldılmasında, bəzilərinin isə qarşısını almaqda faydalı olan qidaları və onların faydalarını təqdim edir:

Alma
Almanın 100 qramında 54 kalori enerji var və o, dieta üçün mükəmməl seçimdir.
Bol miqdarda C vitamini və protein lifləri ilə zəngin olan alma, həm də yuxudan əvvəl yeyilsə, insan rahatıq hissi verir və yuxuya tez getməyə kömək olur.
Səhər yeməyindən əvvəl yeyiləndə isə qanı təmizləyir və toksinlərin bədəndən çıxmasına kömək edir.



Günorta yeməyindən əvvəl çiy, yaxud da qabığı ilə bir yerdə bişmiş halda yeyilsə, bağırsaqların fəaliyyətinə kömək edir, bağırsağı yumşaldır və qəbizliyin qarşısını alır.

Araşdırmalara görə, almanı yeyənlərin digərləri ilə müqayisədə nəfəsalmasında da fərq var. Belə ki, alma yemək nəfəs alıb-verməyi asanlaşdırır.

Bu meyvəni dişləyərək yemək də faydalıdır. Bu halda o, həm dişləri təmizləyir, həm də diş ətini gücləndirir. Üz dərisinə də təsirsiz ötüşmür. Alma dəriyə parlaqlıq verir və onu daha da gözəlləşdirir.

Qara Sarımsaq
Qara sarımsağın bizim daha çox tanıdığımız ağ sarımsaqla müqayisədə daha faydalı olduğu bildirilir. Bu tərəvəz Yaponiya, Avstraliya, Amerika və Avropa ölkələrinin mətbəxində geniş istifadə olunur.

Bəs qara sarımsaq necə əmələ gəlir?



Ağ sarımsaq bir ay ərzində lazımi qədər nəm və istilik olan şəraitdə saxlanılır və nəzarət altında qurudulur. Bu prosesdən sonra sarımsağın dişləri qaralır. Xüsusilə Asiya mətbəxində çox istifadə olunan sarımsaq quru meyvə dadı verir. Ağ sarımsaqla müqayisədə onun tamı şirindir və o, ağıza iy vermir. Eyni zamanda onun tərkibində ağ sarımsaqla müqayisədə daha çox antioksidant var. Bu da bədəndə bir çox xroniki xəstəliklərin, həzm sistemi problemlərinin və Alzheymerə güclü təsir edir.

İnfeskion xəstəliklərlə mübarizədə də qara sarımsaq çox effektlidir. Qara sarımsağın tərkibində kifayət qədər antibakterial maddələr, antioksidantlar var. Bu tərəvəz həm də xərçəng xəstəliyinin müalicəsində faydalıdır.

Cəfəri

Cəfəri A,C,E, və K vitaminləri, eləcə də dəmir, maqnezium, kalsium, kükürd və fosforla zəngindir.

Cəfərinin bir çox faydalarından biri də onun sidikqovucu qabiliyyətidir. Bu xüsusiyyətinə görə o, böyrək daşının düşürülməsi üçün ənənəvi istifadə olunan bitkidir. Buna baxmayaraq böyrək daşı olan adamlar mütəmadi olaraq cəfəri suyu içməyə başlamadan əvvəl həkimlə məsləhətləşməlidirlər.



Yeməkdən sonra cəfəri suyu və ya çayı içmək artıq qaz problemini həll edir. Amma onu içərkən tələsməmək, hər 2-3 dəqiqədə bir qurtum almaq məsləhətdir.

Bu bitkinin digər faydalı tərəfi gözün üçün vacib olan A vitamini ilə zəngin olmasıdır. Bu vitamin gözün işığa həssaslığını təmin edən rodopsin piqmenti üçün lazımlıdır.

Alma kimi cəfəri də dəriyə xeyli fayda verən bitkidir. O, dəridə qırışların əmələ gəlməsini ləngidir. Çünki onun tərkibi C vitamini ilə zəngindir və dərinin elastikliyinin qorunması üçün ən çox tələb olunan vitamin C-dir.

Cəfəri bədəndəki yağı və çəkini azaltmağa yox, orqanizmdəki artıq suyun çıxmasına kömək edir.

Böyrəyində heç bir problem olmayan adamlar üçün də cəfəri məsləhət görülür. Çünki bu bitki böyrəyin funksiyasını inkişaf etdirir və böyrəyin bədəndəki duzu əritməsinə kömək edir.

Tut



Dəmirlə zəngin olan bu meyvə də sidikqovucu xarakterə malikdir. Həmçinin bağırsaqdakı qurdların müalicəsində böyük effektə malikdir. Tutun təkcə özü yox, yarpaqları da qurdlarla mübarizədə təsirlidir. Həmçinin tut yarpağı qanaxmanın qarşısını alır.
250 qram suya 7 qram tut yarpağı töküb qaynadın və için. Bu, bağırsaqlardakı qurdların tökülməsinə kömək edəcək.

Xartut



Xartut isə ağız və boğaz iltihablarına yaxşı təsir etməsi ilə fərqlənir. Yeyilmə formasından asılı olmayaraq xartut qanı ən çox artıran meyvələrdəndir. İnsanın çəkisini artırmağa və iştah açmağa kömək edir.

Çiyələk
Cild üçün çox faydalı olan çiyələk həm də böyrək iltihabının müalicəsində faydalıdır.



Böyürtkən
Böyürtkən də dərini cavanlaşdırmaq xüsusiyyətinə malikdir. Yaddaş zəifliyindən başlayaraq sidik kisəsi daşına qədər bir çox xəstəliyin dərmanıdır. Bu giləmeyvənin yarpaqları qaynadılaraq yaraların müalicəsində istifadə oluna bilər. Sidikqovucu xarakteri olan böyürtkən həmçinin ayaqdakı şişlərin qarşısını almağa kömək edir.



Böyürtkən yüksək təzyiqi aşağı salır, gözlərin zəifliyini aradan qaldırır. Ağız, dil, diş əti üçün faydalıdır.

Noxud



Bu bitkinin qanı təmizləmə xüsusiyyəti onu digərlərindən fərqləndirir.

Yaşıl mərcimək


Ana südünü və bədəndəki qanın miqdarını artırır, eyni zamanda xolesterini azaldır.

Süd
Südün xərçəngin qarşısını alması elmi olaraq sübut olunub. Bu içki həmçinin uşaqların inkişafı üçün önəmlidir.

Əgər dirsəkləriniz bərkiyibsə, bir az pambığı südlə isladıb dirsəyinizə sürtün və 15 dəqiqə gözləyin. Dəri dərhal hamarlaşacaq.



Hamar dəri üçün üzü təmizlədikdən sonra onu pambığa batırılmış südlə silmək lazımdır. Südü dəriyə yaxşı yedirdikdən sonra 4-5 dəqiqə gözləyib ilıq su ilə yumaq olar.

Balıq
A, B və D vitaminləri ilə zəngin olan balıq hamı üçün faydalı qidadır. Balıq ətinin yağlılığı mal-qoyun əti ilə müqayisədə daha azdır. Onun tərkibindəki omeqa 3 maddəsi ət, süd və pendir kimi qidalarda yoxdur.



Bu maddə qanda laxtalanmanın qarşısını alır, bu da infarkt və iflicolma risqini azaldır, təzyiqi aşağı salır. Şəkər xəstəliyindən əziyyət çəkənlərə balığı çox yemək məsləhət görülür.

Balıq sümüyündəki yüksək miqdarda kalsium və fosfor sümüklərin sağlamlığı və möhkəmliyi üçün əhəmiyyətlidir.

Qoz
Tərkibindəki fosfor və kalsium zehni yorğunluğu aradan qaldırır, sümük və dişləri bərkidir.
Dəmirlə zəngin olan qoz balla qarşıdırılıb yeyilsə, mədədəki soyuqdəyməni aradan qaldırır. Şəkərli diabetdən əziyyət çəkən üçün insulin mənbəyidir. Vərəm çöplərini zərərsizləşdirir. Qozun yağı isə mədə-bağırsağı təmizləyir.



Qozun yarpağı isə qəbizliyə, iştahsızlığa, qanın təmizlənməsinə və həmz sistemindəki problemlərə müsbət təsir edir.

Fındıq


Hər gün 25-30 qram fındıq yemək gündəlik E vitamini tələbatının hamısını ödəyir.

Pendir



Hər səhər yeməyində pendir yemək məsləhətdir. Protein və kalsiumla zəngin olan pendir, eyni zamanda B12 vitamini və fosfor mənbəyidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti