Bu gecə alman finalı olacaq

Bu gecə alman finalı olacaq
  25 May 2013    Oxunub:1493
Bu gün Çempionlar Liqasının finalıdır.
Bu gün UEFA Çempionlar Liqasının 2012/13-cü il mövsümünün qalibi məlum olacaq.

Həlledici görüşdə iki alman klubu - "Borussiya" Dortmund və "Bavariya" üz-üzə gələcək.

"Bavariya" son Almaniya çempionudursa, "Borussiya" bundan əvvəl ardıcıl iki dəfə Bundesliqanın qalibi olub. "Borussiya" tarixidə bir dəfə - 1997-ci ildə ÇL-nı qazanıb. "Bavariya" isə bu uğura dörd dəfə imza atıb. Münhen təmsilçisi sonuncu dəfə 2001-ci ildə Avropanın ən güclüsü olub. Keçən mövsüm isə finalda "Çelsi"yə uduzub.

Böyük maraqla gözlənilən oyun Londonun "Uembli" stadionunda keçiriləcək. Oyunu Nikola Ritsollinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Görüş Bakı vaxtı ilə 23:45-də baş tutacaq.



Teqlər:





Xəbər lenti