`Fənər` başsız qaldı

`Fənər` başsız qaldı
  29 May 2013    Oxunub:1605
"Fənərbaxça"nın baş məşqçisi Aykut Kocaman vəzifəsindən istefa verməsi ilə bağlı xəbərlər yayılsa da klub rəhbərliyi rəsmi açıqlama verməyib.
Ötən gün “Fənərbaxça” rəhbərliyinin bir araya gəldiyi görüşdə Aykut Kocaman ilə Əziz Yıldırım arasında təkbətək görüş olub.

Kocaman "Çox yorğunam, bu yükü fiziki və mənəvi olaraq daşıya bilmirəm. Transfer və klub daxili narazılıqlar da mən həll etməli oluram" deyə şikayətlənib.

Bu görüşdən sonra Aykut Kocaman vəzifəsindən istefa verib. Klub rəhbərliyi isə hazırda onu bu qərarından döndərməyə çalışır.


Teqlər:  





Xəbər lenti