Deputatdan evi yanan sakinlərlə bağlı təklif

Deputatdan evi yanan sakinlərlə bağlı təklif
  20 May 2015    Oxunub:10588
“Yanğında zərər çəkmiş insanlara maddi yardım göstərmək üçün təcili fond yaratmaq lazımdır”.
AzVision.az xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib. Deputat qeyd edib ki, Milli Məclisin digər üzvləri bu fond vasitəsilə zərər çəkən insanlara maddi yardım göstərə bilər.

“Mən də, həmkarlarım da, tanıdığım imkanı çatan insanlar da bu fond vasitəsi ilə maddi yardım göstərə bilərik, o insanlara paltar, ərzaq yardımı kimi işləri dərhal görmək olar, sığınacaq məsələsini dərhal həll etmək lazımdır”.

F.Mustafa hesab edir ki, dövlət səviyyəsində kompensasiya məbləği əvvəlcədən elan olunmalı, hər bir evin sakini yeni mənzillə təmin olunmalıdır.

“Binəqədi rayondakı binada baş verən yanğın nətincəsində həlak olan, yaralanan, zərər çəkən vətəndaşlarımıza görə çox üzgünəm. Allah dünyasını dəyişən vətəndaşlarımıza rəhmət etsin, yaralılara şəfa versin! Bilmirəm, hər halda hüquq-mühafizə oqanları məsələnin təfsilatını araşdırırlar, fədakar tibb işçilərimiz əllərindən gələni edirlər ki, insanları sağaltsınlar, polis işçiləri, FHN-nin işçiləri fasiləsiz şəkildə ərzidə vəzifə borclarını yerinə yetirirlər. Hamısına təşəkkür etmək lazım. Ağırdır, ancaq bu cür məsuliyyətsiz üzləmə, təmir, pulsilmə həyata keçirənlər, barı bundan sonra bu namussuzluğa, başqasının göz yaşı hesabına sərvət qazanmağa son qoysunlar!”

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti