Ana, qızı və oğlu yanğında ölüb

Ana, qızı və oğlu yanğında ölüb
  20 May 2015    Oxunub:3031
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi Bakıdakı yanğınla bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, məlumatda deyilir:

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi mayın 19-da Bakı şəhərinin Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğın nəticəsində dünyasını dəyişənlərin, o cümlədən ilk Avropa Oyunlarının könüllüsü Ülkər Hamir qızı Eyvazovanın, eləcə də anası Zülfiyyə Yavər qızı Şirinovanın və qardaşı Davud Eyvazovun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin


Teqlər:  





Xəbər lenti