Müsavat Vurğun Əyyubu yalanladı

Müsavat Vurğun Əyyubu yalanladı
  20 May 2015    Oxunub:1874
“Vurğun Əyyubun Binəqədi rayon təşkilatının Şura iclası ilə partiyaya bərpa olması xəbəri həqiqəti əks etdirmir”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının sədr müavini Elman Fəttah bildirib. O vurğulayıb ki, ötən gün ümumiyyətlə Binəqədi rayon təşkilatının Şura iclası olmayıb:
“Dünən Şura toplanmayıb, partiya üzvləri toplanıb. Üzv kimi söhbətləşiblər. Onlar Şura adından qərar qəbul etməyiblər”.

Vurğun Əyyubun partiyaya bərpasının Nizamnaməyə əsasən mümkün olub-olmadığına gəlincə isə E.Fəttah deyib ki, partiyadan xaric olunan şəxsin bərpası mümkün deyil:
“Müsavat Partiyasının Nizamnaməsinə görə partiyadan xaric olunmuş şəxs yalnız 6 ay sonra yenidən üzvlük üçün müraciət edə bilər, onun başqa formada partiyaya bərpası yolu yoxdur”.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib və onlar bir müddət əvvəl özəyin verdiyi qərarı ləğv edərək Vurğun Əyyubu Müsavat üzvlüyünə bərpa ediblər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti