Meriyadan `penoplast` açıqlaması: Qanunsuzdur...

Meriyadan `penoplast` açıqlaması: Qanunsuzdur...
  20 May 2015    Oxunub:6066
Ötən gün Bakının Binəqədi rayonunda baş verən faciəli yanğından sonra paytaxtın bəzi yerlərində binaların “penoplast” üzlüklərinin sökülməsinə başlanılıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakının bir çox ərazilərində binaların “penoplast” üzlükləri sökülür. Bu barədə mətbuatda da məlumatlar yayılıb.

Bakı şəhər İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova AzVision.az-a bildirib ki, dövlət tərəfindən heç bir rəsmi tapşırıq verilməyib. Onun sözlərinə görə, hazırda bu barədə elə bir məlumat yoxdur: “Prezidentin tapşırığı ilə yaradılan Komissiya bununla bağlı qərar qəbul etməlidir. Yalnız bundan sonra işin icrasına başlanıla bilər. Amma hələ ki, üzlüklərin sökülməsi ilə bağlı belə bir tapşırıq yoxdur”.

Qeyd edək ki, ötən gün Azadlıq prospekti, 200/36 ünvanında yerləşən binada baş verən dəhşətli yanğından sonra Bakıda və Sumqayıtda binaların üzünə vurulan “penoplast” üzlüklər sakinlər tərəfindən sökülür. Onu da qeyd edək ki, yanğın zamanı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti