`Sakinlər getmək istəmirlər...` - İcra başçısı

`Sakinlər getmək istəmirlər...` - İcra başçısı
  20 May 2015    Oxunub:8452
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yenidən yanğın baş verən əraziyə gəlib.
İcra başçısı jurnalistlərə açıqlamasında bildirib ki, evi yanan sakinlərə yerləşmələri üçün xüsusi yerlər ayrılıb.

“Əhalinin çoxu həmin ərazilərə getmək istəmir. Paytaxtdan uzaq olduğuna görə, onlar üçün ayrılan ərazilərə getmirlər. Onlar daha çox qohumlarının evlərində qalmağa üstünlük verirlər”.

Sakinlərə maddi yardımla bağlı danışan X.İsgəndərov bildirib ki, 4-5 nəfərdən başqa, hamı onlara ayrılan 1000 manat pulu almaq üçün müraciət edib: “53 ailə var və demək olar ki, onların hamısı pullarını almaq üçün müraciət ediblər. Yalnız 4-5 nəfər pulunu almaq üçün müraciət etməyib. Onlar da yəqin ki, gün ərzində müraciət edəcəklər”-deyə X.İsgəndərov bildirib.

İcra başçısı `penoplast `üzlüklərin sökülüb-sökülməyəcəyi haqda qərar veriləcəyini deyib.

Hazırda yanan binanın sakinləri evlərindən əşyalarını çıxarırlar.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti