`İlham Əliyev bütün ağrını öz üzərinə götürdü`

`İlham Əliyev bütün ağrını öz üzərinə götürdü`
  20 May 2015    Oxunub:4910
“Yanğının terror hadisəsi olması haqqında təhlükəsizlik və mühafizə orqanlarının açıqlaması olmadan, yalnız versiyalara əsaslanıb, fikir yürütmək cəmiyyətdə xofu gücləndirə bilər”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O, ötən gün Bakıda baş verən faciəyə münasibət bildirib. Millət vəkili qeyd edib ki, hər bir kəs dövlət başçısının yanında olmalıdır.

“Onsuz da bütün müsbət və mənfi hadisələri qarşıdakı mühüm beynəlxalq tədbirin kontekstində nəzərdən keçirməyə kütləvi bir meyl yaranıb. O üzdən təxribatların cansız binaların cismindən birbaşa adamlara doğru yönələ biləcəyini söyləmək, müxtəlif strateji obyektlərə və ya insanların toplaşdığı kütləvi yerlərə istiqamətlənəcəyi ehtimal etmək, bunu mediada tez-tez gündəmə gətirmək əslində ölkəmizin sabitliyi əleyhinə olanlara xidmət edən addım olar. Çünki məhz kəşfiyyat strukturları müxətlif vasitələrlə, həm də bunu cəmiyyətdə qorxu yaratmadan həyata keçirməklə bədgüman anonsların, ölüm saçan öncə görmələrin doğru olmadığını ortaya qoymalıdılar”.

Həmçinin millət vəkili qeyd edib ki, bütün hallarda baş vermiş faciə zamanı Azərbaycan xalqı elan olunmamış matəm hissini yaşadılar, mütəşəkkillik və həmrəylik nümayiş etdirdilər: “Ən başlıcası, xaotik hərəkətlərə,başıpozuq cəhdlərə və bütünlükdə Azərbaycanı öz cənginə ala biləcək təhlüklərə səbəb ola biləcək davranışlara yol vermədilər. Bəli, xalqımız keçmişdə yaşadığı dərdlər üzündən ağır günlərdə birləşməyi bacarır. Dünən hər kəsin içində yaşatdığı yanğı bizi indi ittihamedici bir tonla onlarla məsulu, təşkilatı, medianı , yaxud şəxsi günahlandırmaq hissindən uzaq tutur, laqeyidliyin deyil, çətin anda bir-birinə sarılan əllərin xilas yolumuz olduğunu bir daha nümayiş etdirir.

Baxın, dövlət başçısı bütün ağrını yenə öz üzərinə götürdü, qarşlıqlı ittihamlara və günahkar axtarışlarına samosudla deyil, hüquqi bir yanaşma sərgilədi və yenə də usanmadan, bu ölkəni qurub yaratmaqda davam edəcəyi əzmini sübuta yetirdi. Lider iradəsini göstərirsə, vurulan yaralara qatlaşaraq təmkinlə ona sinə gərirsə, bizim hər birimiz ona yardımçı olmalıyıq. Mən prezidentimin yanında olacam”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti