Putindən nazirlərə “Facebook” qadağası

Putindən nazirlərə “Facebook” qadağası
  05 Aprel 2013    Oxunub:1604
Rusiyada nazirlərə bloq qadağası.
Rusiyanın nüfuzlu “İzvestiya” qəzeti prezident Vladimir Putinin nazir və federal qurumlarda çalışan rəhbər şəxslərə Facebook, Twitter kimi sosial şəbəkələrdən istifadə etmək və bloq yazmağı qadağan etdiyini deyib.

Adının açıqlanmasını istəməyən Kreml rəsmisi “Bütün sosial media fəaliyyətlərinin mətbuat xidmətləri tərəfindən idarə edilməli olduğunu söyləyib” deyə bildirib.

Qəzetin xəbərini yalanlayan Təhsil naziri Dmitriy Livanov Kremldən bununla bağlı heç bir təlimat və ya tapşırıq almadıqlarını bildirib. Aktiv bloq istifadəçisi olan Livanov kimi hökumət sözçüsü Natalya Timakova da iddiaların tam əksinə sosial mediadan fəal olmağa cəsarətləndirildiklərini deyib.



Teqlər:





Xəbər lenti